SON XƏBƏR

İrəvanda aksiya – “Serj Sərkisyan boşqabları” sındırıldı

İyun 09
14:26 2017
Ermənistan paytaxtında siyasi hərarət yenidən artmağa doğru gedir. Bu gün "Əriklər ölkəsi” partiyasının fraksiya üzvləri İrəvan şəhər meriyasının binası qarşısında orijinal aksiya keçiriblər.
 
Musavat.com-un erməni mediasına istinadən yaydığı xəbərə görə, onlar əllərində üzərində "Ermənistan Respublika Partiyası yazılmış şarlar və prezident Serj Sərkisyanla yeni mer Taron Marqaryanın əksi olan boşqablar tutublar. Meriyanın binası qarşısına toplaşan etirazçılar şarları partladıb, boşqabları yerə ataraq ayaqları ilə sındırıblar. Bundan sonra onlar binaya daxil olublar. Məlumata görə, hal-hazırda da etirazçılar meriyanın binasındadırlar. "Əriklər ölkəsi” partiyasının lideri Zarui Postandjan onların fraksiyası üçün iş otağının ayrılmasını tələb etsə də, ona kimsə cavab verməyib.
 
Qeyd edək ki, may ayında keçirilən mer seçkilərində iştirak edən "Əriklər ölkəsi”nin lideri və qızı ciddi təzyiqlərə məruz qalmışdı. Bu səbəbdən fraksiya üzvləri meriyanın Ağsaqqallar Şurasının 9 iyunda keçirilən ilk iclasına qatılmaqdan imtina edib və alternativ toplantı keçirməyə cəhd göstəriblər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook