SON XƏBƏR

İrandan Azərbaycana gətirilən 141 kq heroin tutuldu

Avqust 15
12:41 2016
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə – heroin aşkar olunub.
 
DGK Mətbuat Xidmətindən verlən məlumata görə, avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi "DAF” markalı GP6925/N6775 nömrəli yük maşınına roentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin döşəməsindəki gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.
 
Bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə – ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub.
 
Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib.
 
Hazırda faktla bağlı araşdırma aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook