İranda siyasi məhbus azadlığa çıxdıqdan sonra sürgünə göndərildi
Noyabr 17
11:30
2021
İranlı bloqer və siyasi məhbus Suheyl Ərəbinin vəkili Mustafa Daneşcu müvəkkilinin həbs müddətinin bitməsinin ardınca Borazcan şəhərinə iki il müddətə orada məcburi yaşamaq şərti ilə göndərildiyini qeyd edib.
"Azad İran" Teleqram kanalının xəbərinə görə, vəkil bildirib ki, Suheyl Ərəbinin ümumi həbs müddəti 2800 gün olsa da, o indiyə qədər 3050 gün həbsdə saxlanılıb.
Suheyl Ərəbi 2013-cü (1392) ildə Sepah tərəfindən "rejimə qarşı təbliğat aparma, müqəddəsləri söymə, dövlət və Sepah məmurlarını təhqir etmə" kimi bir sıra "cəzalardan" 3 il həbs, 500 min tümən nağd cərimə və 30 şallaq cəzası ilə həbsə atılıb.
Lakin 2014-cü ildə o, Sepahın basqısı və təzyiqi ilə "Peyğəmbər və imamları aşağılamaq" ittihamı ilə Tehran Cinayət Məhkəməsinin 76-cı şöbəsi tərəfindən edama məhkum edilib.
Ancaq bir il sonra, yəni 27 iyun 2015-ci ildə onun cinayət işi İran Ali Məhkəməsi tərəfindən araşdırıldıqdan sonra "Peyğəmbəri təhqir etmək" ittihamı geri götürülərək edam cəzası ləğv edilib.
Sərhədsiz Jurnalistlər Təşkilatı bildirir ki, Əli Xameneinin nəzarət etdiyi İslam Respublikasının məhkəmə sistemi belə bir hökm çıxarmaqla İranda "internet istifadəçiləri arasında çaxnaşma və qorxu yaratmaq" niyyətindədir.
Qeyd edək ki, son həftələrdə iranlı fəal Suheyl Ərəbinin anası Firəngiz Məzlum da il yarım həbs cəzasını çəkmək üçün çağırış vərəqəsi alıb. Onun məhkum edilməsinə səbəb kimi isə "hakimiyyət əleyhinə təbliğat fəaliyyəti" göstərilib.