SON XƏBƏR

İranda ruslar üçün dua oxunub

Noyabr 28
13:12 2015
İranın paytaxtı Tehranda baş imam Ayətullah Məhəmməd Əli Muvahhid Kermani İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarına görə Rusiyaya dualar oxuyub.
 
Axar.az xəbər verir ki, Kermani cümə xütbəsi zamanı Rusiyaya uğurlar arzu edib. "İnşallah, Allah İŞİD-i məhv etmək üçün Rusiyaya daha çox uğur nəsib edər. Suriyada vəziyyət daha da yaxşılaşır. Bir milyondan çox qaçqın Rusiyanın əməliyyatlarından sonra evlərinə qayıdıb”, - deyə Kermani vurğulayıb.
 
Baş imam Rusiya və Türkiyə arasında yaşanan gərgin olaylara görə hər iki tərəfi səbirli olmağı çağırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook