İqtisadçı: "“Azparking” MMC qanuniliyi şübhəli olan fəaliyyətlə məşğuldur"
Yanvar 09
14:03
2024
İqtisadçı Natiq Cəfərli "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) və "Azparking” Məhdud Məsuliyyətli Cəmiyyətini qanuniliyi şübhəli olan fəaliyyətdə günahlandırır.
Qlobal.az xəbər verir ki, iqtisadçı bu barədə feysbuk səhifəsində yazıb:
"İki gün öncə "Azparking” MMC-nin fəaliyyətini haqlı tənqid etmişdim, "Yeni Müsavat” qəzetinin əməkdaşlarına, jurnalistlərinə dərin təşəkkürümü bildirirəm, onlar sualları qurumun təsisçisi olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucova ünvanlayıblar, o da cavab verib (link şərhlərdə).
Cavabdan da aydın olur ki, AYNA və "Azparking” MMC-nin rəhbərliyi bu işin fəsləfəsini, məğzini bilmirlər, hətta qanuniliyi şübhəli olan fəaliyyətlə məşğuldurlar. Tural müəllim deyir ki, sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilər. Amma "Azparking” şirkətdir, MMC-dir, təsisçisi dövlət quruçu olan kommersiya təşkilatıdır, kommersiya təşkilatının əsas qayəsi pul qazanmaq olduğu üçün onlar cərimələyən qurum ola bilməz, hətta elə bir qərar varsa, qanunsuzdur, ləğv edilməlidir (lütfən, hüquqşunaslar bu məsələyə rəy bildirsinlər).
Tural Orucovun sözlərinə görə, yığılan vəsaitin xərc qaydaları var, həmin qaydalarda deyilir ki, Nazirliyə daxil olan vəsaitin 50%-dək, Agentliyə daxil olan vəsaitin isə 30%-dək hissəsi işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün xərclənir.
Bu rəzalətdir, belə çıxır ki, AYNA və onun təsis etdiyi kommersiya qurumu cərimələrin yazılmasında maraqlıdırlar, kommersiya qurumuna belə maraq yaratmaq olmaz, bir daha – kommersiya qurumunun məqsədi gəlir götürməkdir, gəlirini cərimə ilə təmin edirsə, aşırı maraq yaranır, bu qeyri-qanunidir.
Bunu da qoydum kənara – mən parklanma üçün pul ödəyirəm ki, şəhərin infrastrukturuna xərclənsin, bu vergi növüdür, xaricdə bu vergini Bələdiyyələrə ödəyirsən, onlar da seçilmişlər olduğu üçün seçənlərin marağına görə davranıb, xərclərini elə planlayırlar. Yaxşı, mən MMC işçisinin gəlirlərinin artması üçün niyə pul verməliyəm ki?! Əgər onların marağı cərimələrin çox olmasıdırsa, deməli işlərini də cərimələrin qarşısını alacaq şəkildə deyil də, daha çox qayda pozuntusunun olmasına görə quracaqlar – mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?!
Mən Böyük Şəhər Bələdiyyəsi, seçilmiş şəhər hökuməti istəyirəm, pulu da onlara sevə-sevə ödəməyə hazıram, təyinedilmişlərin maaş və gəlirlərinin artması üçün ödəniş etmək istəmirəm!".
İqtisadçı ekspertin səsləndirdiyi fikirlərə "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və "Azparking” MMC mövqe bildirməyib.
Qlobal.az