SON XƏBƏR

İqtisad Universitetinin rektoru Ədalət Muradov " İlin avtoritar rektoru" seçildi- VİDEO

İyun 23
00:40 2016
D18 Hərəkatı növbəti tədbirini keçirib. 

Tədbirdə siyasi partiya rəhbərləri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak edib.

Hərəkatdan daxil olan məlumata görə, tədbiri çıxış sözü ilə hərəkatın başqanı Ruslan İzzətli açıb. O, çıxışı zamanı bildirib ki, bu gün mərhum hüquqşünas İsaxan Aşurovun ölümündən 4 il keçir. Bu səbəbdən İsaxan Aşurov başda olmaqla, demokratiya və müstəqillik uğrunda şəhid olan insanlar bir dəqiqəlik sükutla yad edilib. 

D18-in rəhbəri daha sonra "İlin avtoritar rektoru" sorğusu haqda qonaqları məlumatlandırıb. İzzətli sosial mediada tələbələr arasında keçirən sorğuda ən az səs yığan rektorun Tibb Universitetinin rektoru Gəray Gəraybəyli olduğunu açıqlayıb. 

Sorğuda əsasən 18-24 yaş arası gənclər iştirak edib. 4500 nəfərin iştirak etdiyi sorğuda səs verənlərin 53% kişi, 47 %-i xanımlar olub. Böyük marağa səbəb olan sorğuda 38% səs çoxluğu ilə İqtisad Universitetinin rektoru Ədalət Muradov " İlin avtoritar rektoru" seçilib. Muradova çatacaq olan mükafat İqtisad Universitetinə göndəriləcək. 

Tədbirdə çıxış edən qonaqlar daha çox təhsildə olan problemlərdən, onların həlli yolundan danışıblar. Mükafatlandırma mərasiminə sabiq Təhsil naziri Firudin Cəlilov, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, keçmiş siyasi məhbus Hilal Məmmədov, hüquqşünas Ələsgər Məmmədli, VİP sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, MFM-nin sədri Şəhriyar Məcidzadə, Müsavat Təhsil Komissiyasının sədri Dilşad Nağıyeva və digər qonaqlar iştirak edib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook