İnterpol Menqin istefasını qəbul etdi: quruma noyabrda yeni prezident seçiləcək
Oktyabr 08
00:44
2018
İnterpolun prezidenti Menq Honqvey vəzifəsindən istefa verib.
Qeyd edək ki, Meng Hongveynin bir müddət öncə itkin düşməsi ilə bağlı xəbərlər yayılmış və həyat yoldaşı beynəlxalq ictimaiyyətə müraciət edərək, kömək istəmişdi. Məlum olmuşdu ki, İnterpol rəhbəri Çinə səfəri zamanı saxlanılıb. Çinin korrupsiyaya qarşı mübarizə idarəsi olan Çin Araşdırma Komitəsi Menqin dövlət qanunlarını pozduğu ilə bağlı məlumat yayımlamış, lakin saxlanılması ilə bağlı ətraflı informasiya verilməmişdi.
Bundan bir qədər sonra isə İnterpol Mengin vəzifəsindən istefa verdiyini açıqlamış və noyabr ayında Dubayda keçiriləcək iclasda quruma yeni rəhbər seçiləcəyi ilə bağlı məlumat yayımlamışdı.
Qeyd edək ki, Menq İnterpolun prezidenti olmaqla yanaşı həmçinin çinli bir siyasətçi və Çin Kommunist Partiyasının məmurlarından biridir.
Qlobal.az eoronews-a istinadən xəbər verir ki, onun istefası qəbul olunub və noyabr ayında quruma yeni prezident seçiləcək.