SON XƏBƏR

Çinin Azərbaycana investisiya qoyuluşu 1 milyard dollara yaxınlaşıb

İyul 08
13:29 2024
1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 miyon ABŞ dolları birbaşa investisiya yatırıb.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.

Onun sözlərinə görə, bunun 754,1 milyon ABŞ dolları neft-qaz, 176,7 milyon ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılıb.

"Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir", - deyə icraçı direktor qeyd edib.

"Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin yanvar -may aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artaraq 1,3 milyard ABŞ dolları təşkil edib", - deyə Y.Abdullayev əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook