SON XƏBƏR

Çingiz Qənizadə: "Mənə qarşı təxribatı İxtiyar Şirinovun otel işlədən oğlu edib" - VİDEO

Mart 07
07:21 2020
Sabiq millət vəkili Çingiz Qənizadə Speys TV-nin "Sadə həqiqətlər” verilişində 9 fevralda ölkədə keçirilən parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində ona qarşı təxribat yaradıldığını deyib. 
 
Qlobal.az xəbər verir ki, Çingiz Qənizadə Beyləqan rayonunun Dünyamalılar kəndində ona qarşı olan təxribatın arxasında sabiq Baş Prokuror İxtiyar Şirinovun oğlunun dayandığını bildirib: "Bizim dairədə keçmiş baş prokuror İxtiyar Şirinovun oğlu da namizəd idi. Hansı ki, "Səbail İnn" hotelinin direktorudur, yəni, bu səviyyədə, bu statusda olan gəncdir. Onlar əslən o kənddəndirlər. Mənim o kənddə görüşüm başlayanda onlar 10-a yaxın qohum-əqrabasını görüşün baş tutmaması üçün görüş yerinə göndərmişdilər. Onlar da səs-küy saldılar. Onlardan biri özünü Qarabağ qazisi kimi təqdim etdi, amma sonradan məlum oldu ki, o adam ayağını avtoqəzada itirib...".
 
Verilişin aparıcısının "Siz "Xalq Cəbhəsi" hakimiyyəti dönəmində bir yerdə çalışmısınız, niyə münasibətləriniz xoş deyil?" sualına Ç. Qənizadə İxtiyar Şirinovu nəzərdə tutaraq "Görünür, o hesab edib ki, oğlu deputat ola bilər və buna görə də, o, əvvəllər ünsiyyətdə olduğu, çörək kəsdiyi, salam verdiyi hər bir şeyə "yox" dedi"-deyə, cavab verib.
 
Çingiz Qənizadə daha sonra "Mən onu qınamıram. Biz onun əvvəlki fəaliyyətlərində də bu cür qəbul olunmayan addımlarının şahidi olmuşuq" deyərək, İxtiyar Şirinovun Baş Prokuror olduğu dövrdə dövlət başçısının həbsi üçün sanksiya imzaladığını bildirib. 
 
Qlobal.az sözügedən verilişin videosunu təqdim edir:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook