SON XƏBƏR

İlon Mask “Google”un ABŞ-da seçkilərə müdaxilə etdiyini iddia edib

İyul 31
08:52 2024
Tez-tez gündəmdə olan axtarış sistemləri və sosial media tətbiqləri ilə seçkilərə müdaxilə məsələsi ABŞ-da seçkiqabağı yenidən gündəmə gəlib.

Lent.az xəbər verir ki, ABŞ-da "Google”da Donald Trampın adı axtarış bölməsinə daxil edildiyi zaman Demokratlar Partiyasından olan prezidentliyə namizəd Kamala Harrislə bağlı xəbərlər ön plana çıxır.
Bu vəziyyət böyük əks-səda doğurub və məşhur milyarder İlon Mask da məsələ ilə bağlı təəccüblü bir görüntü paylaşıb. Mask axtarış sisteminə "Donald" yazılan zaman Trampın ilk sıralarda görünmədiyini yazaraq "Vay, "Google”da prezident Donald Trampa qarşı axtarış qadağası var! Seçkilərə müdaxilə?" yazaraq əyani sübut kimi skrinşot paylaşıb.

Bəzi istifadəçilər isə Donald Trampla bağlı axtarış etdikləri zaman "Google”un onların qarşısına daha çox "Donald Duck”la (Ördək Donald) bağlı nəticələr çıxardığı ilə bağlı paylaşımlar ediblər.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook