SON XƏBƏR

İlham Əliyevlə Ərdoğan arasında maraqlı dialoq (VİDEO)

Oktyabr 20
15:41 2022
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri arasında maraqlı dialoq olub.

Hava limanının açılış lentini kəsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qayçının qızıldan olub-olmadığını soruşub.

Prezident Ərdoğan: İlham qardaşım, bu qızıldırmı? 

Prezident İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir.

Prezident Ərdoğan: Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun. 

Daha sonra Türkiyə lideri kəsilən lenti qayçıya dolayaraq, Prezident İlham Əliyevdən bunu "götürə bilərəm?” deyə soruşub. 

Prezident İlham Əliyev isə cavabında bunun "gözəl bir xatirə” olacağını deyib.

AZAL rəhbəri Cahangir Əsgərov isə Zəngilan Hava Limanının açarını Ərdoğana təqdim edib və onun qızıldan olduğunu diqqətə çatdırıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook