İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edildi - VİDEO
Noyabr 12
21:29
2021
İstanbulda Türk Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı öz işinə başlayıb. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib.
Toplantıda Rəcəb Tayyib Ərdoğan çıxış edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşünün iştirakçılarını salamlayıb: "Tarixi qərarlara imza atacağımız Zirvə görüşünün ölkələrimiz və bütün insanlar üçün xeyirli-uğurlu olmasını diləyirəm”.
"Can Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm”, - dövlət başçısı vurğulayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edilib.
Ali nişanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
"Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına 44 günlük qısa zaman kəsiyində son qoyuldu" - deyə, Ərdoğan Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı iştirakçıları salamlayaraq, Türk dünyası Ali nişanına layiq görüldüyü üçün təşəkür edib: "Türk dünyası Ali nişanını aldığım üçün böyük qürur hissi keçirirəm”.
"Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın işğaldan azad olunmasını sevinclə və qürurla qeyd etdi. Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik. Beynəlxalq hüququ bərpa etdik. Milli ləyaqətimizi bərpa etdik”, - Prezident vurğulayıb.
Prezidenti İlham Əliyev daha sonra qeyd edib: "Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik”.
Toplantlya onlayn şəkildə qoşlan Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev VIII Zirvənin işinə uğurlar arzulayıb.
Toplantının mətbuat üçün açıq hissəsindən geniş videoreportajı təqdim edirik: