İki milyonluq mənimsəmə: Falçı “Maya” Ali Məhkəmədən nə istəyir?
Yanvar 15
13:09
2024
Bakıda iki milyon manatlıq dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, Şəfəq İsmiyeva "Instagram”da səhifə açaraq özünü "Maya” adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş Sənan Ağarzayevdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb. Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.
Qlobal.az