SON XƏBƏR

İdman Akademiyasında “akademik korrupsiya”: rektor yeyinti ixtisasıni necə icra edir?

May 17
11:34 2024
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıb. Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 2015-ci il tarixdən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.
İdmana heç bir dəxli olmayan şəxsin İdman Akademiyasına rəhbərlik etməsi əsl komediya mövzusudur. Amma cənab Hacıyev rektor kimi özünün diplomla təsdiq olunan ixtisasını, yəni yeyinti i.ini uğurla həyata keçirir. Məsələn, cumhuriyyet.az olaraq bildirək ki, Akademiyadakı Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verbu adam yeməkxanasının təmir edilməsi üçün 3 dəfə ard-arda pulun ayrırıb və balaca bir yeməkxananın təmiri üçün 340 min manat sərf edilib.

Digər müəmmalı məqam Akademiyada təhsil alan tələbənin adına külli miqdarda vergi borcu gəlməsidir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, rektor gömrük komitəsindən dostluğu olan ATEF-in direktoru Talıb Əlixanbəyovla birgə qanunsuz mis alverinə qoşulub. Nəticədə akademiyanın 20-dən artıq tələbəsini saxta mis alverinə qoşublar və sonradan həmin tələbələrin adına külli miqdarda, 1 milyon 200 mindən artıq vergi borcu gəlib. İndi isə yeyinti mütəxəssisi olan rektor tam gül vurub. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası "Novruz bayramı” tədbirini təşkil üçün tender keçirib və "RR Travel Company” MMC-yə bu məqsədlə 13 min 983 manat ödənilib. Ən gülməlisi isə budur ki, tenderin icra müddəti 08 aprel 2024-ci il tarixində başlayır 30 aprel 2024-cü il tarixində başa çatır. Bəlkə rektor Novruz yerinə Pasxa bayramını qeyd edir?

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb. Rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir.
 
Bununla yanaşı, F.Hacıyev 440 min manata (259 min dollar) son model "Renc Rover” markalı avtomobil alıb. Rektor 10 CN 394 dövlət nömrə nişanlı "Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook