"İcra Hakimiyyəti "tas"ı bir quzudan 3000 manata qaldırıb" - Şikayət (VİDEO)
Avqust 10
23:13
2019
Qaradağ rayon Şankar qəsəbəsi ərazisində "Qışlaq” fermalarında yerləşən bir qrup Kəlbəcər, Laçın və Şuşa rayon sakinləri onlara qarşı rayon icra hakimiyyətinin qanunsuz köçürmə aparmalarından şikayətçidirlər.
Şikayətçi Məmmədov Vaqif bildirir ki, fermanın sökülməsinə rəhbərlik edən şəxs Qaradağ rayon icra hakimiyyətinin müavini Muradov Nadirin yaxın qohumudur, onun da sifarişi əsasında onların fermasını yerlə-yeksan edib.
Ailələrinin təminatını ödəmək naminə, burada təsərrüfatın saxlamağa məcbur olan vətəndaşlar iddia edir ki, Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri Həsənalıyev Şikar və Qaradağ rayon icra başçısının müavini Muradov Nadir onlardan 3000 manat pul istəyib. Amma onlar deyilən məbləği ödəyə bilməyəcəklərini bildirdikdən sonra 01.08.2019-cu il tarixdə gecə saatlarında fermanın tikililəri dağıdılıb.

Qaradağ rayon İcra Hakimiyyəti ilə bir qrup vətəndaş arasında ziddiyyətə səbəb olan Qaradağ rayon Şankar qəsəbəsi qışlaq ferması Qaradağ rayonunun inzibati ərazisi olmasına baxmayaraq, ərazi Müdafiə Nazirliyinin balansındadır.
Məhz buna görə də şikayətçilər Qaradağ rayon İcra Hakimiyyətinin bu əməlini qanunsuz adlandırırlar.
(Mənbə: İnterposta.info)
Qlobal.az