İcra başçısının qalmaqallı oğlu danışdı: “Ferma qayınatamındır“ - VİDEO
Oktyabr 16
22:31
2024
Füzulinin icra başçısı Elvin Alıyev faciəyə səbəb olmuş yanğına aydınlıq gətirib.
Xuraman Hacıyevanın 2 övladının fermada faciəli şəkildə yanaraq ölmələri barədə məlumat vermişdik.Şikayətçi müraciətində həmin fermanın Füzuli Rayon İcra başçıs Alı Alıyevin oğlu Elvin Alıyevə məxsus olduğunu və bu günə qədər onlara dəymiş ziyanın ödənilmədiyini bildirmişdi.
AzFakt.com xəbər verir ki, sözügedən informasiya CityPost.az saytında yayımlandıqdan sonra yazıda adı hallanan keçmiş polis əməkdaşı Elvin Alıyev redaksiyamızla əlaqə saxlayıb.O,hadisənin baş verdiyi fermanın ona yox,qayınatasına məxsus olduğunu söyləyib.
"Hadisə baş verən ferma mənə yox,qayınatam İsmayılov Nağı Həmid oğluna məxsusdur.Həmin hadisə ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılıb,hadisəyə müvafiq hüquqi qiymət də verilib”,- deyə Elvin Alıyev bildirib.

Qeyd edək ki, hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib. Yanğın hadisəsindən ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunun və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.
Qlobal.az