İcra başçısından oğlunun çəltik biznesinə qəribə təkzib: "Əvvəllər bu sahəyə dəstək üçün qol qoydu"
Yanvar 23
12:44
2024
Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda çəltik əkininin inhisara alınması barədə iddiaları təkzib edib.
İcra başçısı Qaynarinfo ilə əlaqə saxlayaraq, oğlu Samir Qaraşovun adının bu mövzuda hallanmasına etiraz edib.
"Lənkəranda qədim çəltikçilik ənənələrini dirçəltmək, davam etdirmək məqsədi ilə əvvəllər bu sahəyə dəstək üçün qol qoydu, 5-6 il əvvəl isə tamamilə uzaqlaşdı. Övladlarım dövlət qulluğunda çalışırlar. Onların hər hansı biznesi yoxdur. Bu barədə yayılan məlumatlar əsassızdır. Ümumiyyətlə, Lənkəranda bu işlə özəl şirkətlər və iş adamları məşğuldur. Yazıda adıçəkilən düyü markaları da ayrı-ayrı şirkətlərə məxsusdur. ”, - deyə Taleh Qaraşov əlavə edib.

***
Qeyd edək ki, ötən gün Qaynarinfo.az saytı Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun Lənkəranda çəltik əkinini inhisara aldığı barədə məlumat yaymışdı.
Qlobal.az