İcra başçısı liseyin pəncərələrini hördürdü: "Villam görünməsin.." (VİDEO)
May 22
21:26
2020
Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.
Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir: "Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”.
Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.