Hüseynov: “Komanda daxilində olan söz-söhbəti bütün Azərbaycan bilirdi”
Noyabr 07
10:50
2023
"Kəpəz”də problemlər bitmək bilmir. Təbii ki, bunun komandaya təsiri böyükdür və nəticələrdə özünü göstərir. Son turda "Qarabağ”a 1:7 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Azər Məmmədov istefa verdi. Bəs bu qarışıqlığın səbəbi nədir? Niyə "Kəpəz”də bu qədər problemlər yaşanır?
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov klubdakı problemlərin səbəblərindən danışıb. Əslən Gəncədən olan keçmiş futbolçu Qaynarinfo-ya açıqlamasında rəhbərliyi günahlandırıb:
"Açığı, komanda daxilində olmadığım üçün səbəbini deyə bilmərəm. Əlbəttə, komandanın yaxşı oynamamağı gəncəlilərə pis təsir edir. Gəncə futbol şəhəridir, xeyli futbolçular yetişib. Cənab prezident kluba pul ayırıb, yeni stadion tikiləcək. İstərdim ki, komanda həmin stadionda Yüksək Liqada çıxış etsin. Amma bu, ümidverici görünmür. Əfsuslar olsun ki, komanda zəif çıxış edir. Azər Məmmədov da əlindən gələni edir. Hər məşqçi istəyər ki, komandası yaxşı oynasın. Azərin gəlişindən sonra yeni transferlər də həyata keçirdilər. Alınmadı, ilk dəfədir Premyer Liqada baş məşqçilik edirdi. Ona karyerasında uğurlar arzulayıram. Problem blirsiniz nədir? Komanda daxilində olan söz-söhbətləri bütün Azərbaycan bilirdi. Heç bir komandanın daxilində olan söz-söhbətlər heç yerə yayılmır. Təkcə "Kəpəz”dən başqa. Nə olurdusa, hamısı mətbuata çıxırdı. Komanda daxilində problemlər yaşanır, bu da istər-istəməz futbolçulara pis təsir edirdi. Bir də ki, rəhbərlik işini bərk tutmalıdır. Öhdəsindən layiqincə gəlməlidirlər ki, komanda Premyer Liqada olsun. "Kəpəz”in bu günə düşməsində rəhbərliyin də çox günahı var. İdarəetmədə 100 faiz problem var. Belə olmasaydı, komanda yuxarı yerlərdə qərarlaşardı. Halbuki yeni futbolçular da cəlb olunmuşdu”.
"Düşünmək olarmı Azər Məmmədov qurban getdi” sualını Hüseynov belə cavablandırdı:
Hər baş məşqçi yaxşı nəticə istəyir. Azər də yəqin ki, götür-qoy edib, sonra bu vəzifəyə gəlməyə razılıq verib. Gəncə futbolunun yetirməsidir. Alınmadı, gənc məşqçidir, gələcəyi var, işləyəcək. Komandanın bu yerlərdə getməsində rəhbərliyin daha çox günahı var. "Kəpəz” rəhbərliyi daim büdcənin azlığından şikayətlənirdi.
O, kluba ayrılan pulla yaxşı komanda formalaşdırmağın mümkünlüyünü də vurğuladı:
"Belə götürəndə digərləri kimi Gəncə komandasına da pul ayrılıb. Legionerlər də götürüblər. Hər məşqçinin futbola baxışı başqadır. Amma "Kəpəz”ə ayrılan pulla yaxşı komanda yaratmaq mümkündür. Məsələn, səhv etmirəmsə, əvvəl Orxan Sadıqlı qapıçı idi. İndi də Kamran İbrahimov var. Elə bilirdim ki, heyətdə bir legioner qapıçı var. Sonradan öyərndim ki, sən demə, iki legioner qapıçı götürüblər. Buna nə ehtiyac var idi? Mənə elə gəlir ki, o iki qapıçıdansa Orxanı saxlasaydılar, daha yaxşı olardı. Hər halda iki legioner qapıçının əməkhaqqı Orxanın məvacibindən daha çoxdur. Elə Sadıqlını saxlayardılar, çünki son vaxtlar özünü yaxşı göstərirdi”.