SON XƏBƏR

Hulusi Akar: “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”

İyul 19
02:23 2019
"Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 zenit raket kompleksinin (ZRK) idxalından sonra ABŞ-ın hərbi təyyarələri olan F-35 proqramından Türkiyənin kənarlaşdırılacağına münasibət bildirərkən bu fikirləri bildirib. Nazir deyib ki, Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılmasının qanunsuz səbəblərə söykənməsi açıq- aşkar görünür: "Odur ki, əlaqələrimizə zərər verə biləcək addımlardan daşınmağı ABŞ-dan gözləmək strateji ortaq olaraq təbii haqqımızdır”.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp S-400 ZRK ilə əlaqəli Türkiyəyə sanksiya tətbiq olunması haqqında düşünmədiyini açıqlayıb.

NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, S-400 ZRK almaq Türkiyə



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook