Hulisi Akar Pentaqon rəhbərinə iradlarını bildirdi
İyun 14
01:56
2019
Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şanaxanla telefon əlaqəsi saxlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, telefon danışığında nazir həmkarının Ankaranın Rusiyadan "S-400" zenit -raket kompleksini alması ilə bağlı Türkiyə Müdafiə Nazirliyinə göndərdiyi məktubundan narahatlığını dilə gətirib.
Nazir P.Şanaxanın məktubunda müttəfiqlik ruhuna uyğun olmayan yanaşmanı diqqətə çatdırıb. Danışqılar çərçivəsində başda "F-35” olmaqla ABŞ və Türkiyə arasında təhülkəsizlik və müdafiə mövzularında işbirliyinə dair fikir mübadiləsi aparılıb.
Daha sonra tərəflər razılığa gəliblər ki, danışıqları 26-27 iyun tarixində NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısında davam etdirsinlər.
Azvision.az xatırladır ki, Patrik Şanaxan Türkiyənin Müdafiə Nazirliyinə məktub göndərərək bildirib ki, Ankara Rusiyanın "S-400” zenit-raket kompleksini almaqdan imtina etməlidir, əks təqdirdə ABŞ Türkiyə ilə "F-35” qırıcıları ilə bağlı proqram üzrə əməkdaşlığı dayandıracaq. Bu səbəbdən Vaşinqton Türkiyəyə 31 iyula qədər vaxt verib.