SON XƏBƏR

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna yeni rəhbər təyin olundu

Aprel 13
10:28 2017
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu yeni rəhbər təyinatı olub.

Fins.az-ın məlumatına görə, Roman Fərhad oğlu Nağıyev aprel ayının 13-dən zavodun direktoru təyin edilib və artıq vəzifəsinin icrasına başlayıb.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev fins.az-a açıqlamasında yeni rəhbər təyinatını təsdiqləyib.

Qeyd edək ki, R.Nağıyev buna qədər Azeriqaz İstehsalat Birliyi Təmir Tikinti İdarəsinin rəisi olub.

Xatırladaq ki, zavodun keçmiş direktoru Ayaz Qarayev 2015-ci ilin dekabr ayında vəfat edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook