Hərbi xidmətdən yayınma ilə bağlı saxta arayışlar hazırlayan şəxs ifşa edilib
Fevral 06
14:40
2024
Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib.