SON XƏBƏR

HƏMAS girovlarla bağlı danışıqları dayandırdı - "Reuters"

Noyabr 13
09:28 2023
Fələstinin HƏMAS qruplaşması Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi noyabrın 13-nə keçən gecə Fələstin rəsmisinin sözlərinə istinadən məlumat yayıb.

Noyabrın 12-də girovlarla bağlı danışıqlardan xəbəri olan bir fələstinli rəsmi bildirib ki, HƏMAS İsrailin "Əl-Şifa” xəstəxanasına qarşı olan rəftara görə danışıqları dayandırıb.

Qəzzanın ən böyük xəstəxanası olan "Əl-Şifa” anklavdakı vəziyyətə görə fəaliyyətini dayandırdlğınə bildirib. Fələstinin WAFA xəbər agentliyi yazıb ki, noyabrın 3-də İsrail aviasiyasının "Əl-Şifa” xəstəxanasının əsas girişinə endirdiyi zərbələr nəticəsində onlarla insan həlak olub və yaralanıb.

İsrail ordusu noyabrın 10-da axşam saatlarında yeni doğulan körpələrin təxliyyə edilməsini təklif etdiyini və xəstəxananın girişinə 300 litr yanacaq qoyduğunu, lakin bu təkliflərin HƏMAS tərəfindən əngəlləndiyini bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook