“Heç bir insident baş verməyib” - Ramiz Mehdiyev
Noyabr 01
19:05
2015
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev bu gün keçirilən parlament seçkilərində səs verib. PA rəhbəri 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib
Qlobalinfo.az xəbər verir ki, səsvermədən sonra administrasiya rəhbəri atv-yə açıqlamasında seçki haqda fikirlərini bölüşüb:
"Seçicilərin iştirakını yüksək dəyərləndirirəm, saat üçə qədər 43 faiz seçici səs verib. Heç bir insident baş verməyib”.
Beyəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı
PA rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi:
"Bu, ikili standartın ən bariz nümunəsidir”.