Həbsdəki baş redaktordan ürək parçalayan xəbər: "Gecələr yuxuda qışqırır, dişlərini qıcıdır..."
Sentyabr 17
11:53
2016
Həbs olunmuş tanınmış jurnalist, JAM.AZ saytının baş redaktoru Fikrət Fərəməzoğluna dəhşətli işgəncələr verilib.
Bununla bağlı Savash.org-a açıqlama verən baş redaktorun həyat yoldaşı Faiqə İbişbəyli ürək parçalayan faktlar açıqlayıb. Fikrət Fərəməzoğlunun etirazlarına baxmayaraq onunla görüşən Faiqə xanım gördüklərindən dəhşətə gəlib:
"Neçə gün idi ki, Fikrətlə görüşmək istəyirdim. Amma Fikrət qoymurdu. Deyirdi gəlmə mənim yanıma. Amma mən dünən xəbər vermədən gedib onunla görüşdüm. Gördüm ki, 2 dişi sınıb. Əvvəl fikirləşdim ki, təcridxanada ediblər. Dedi ki, burada etməyiblər. Sonra o qədər yalvardım ki, niyə belə olub. Dedi ki, 34 gün başından, çənəsindən yumruq dəyən adam belə olmalıdır da. Dedim ki, bəs bədənin niyə səpib, ləkələr nədir?

Bildirdi ki, 12 gün məni su üzünə həsrət qoydular. O istidə əllərimi belə yumağa qoymurdular. 12 gün qandalı da qolumdan açmadılar və arxadan başıma təpik-yumruqla vurdular. Gecələr belə qandalı açmırdılar. Qandalı açandan sonra bir həftə barmaqlarım işləmədi. İz qalmamaq üçün sifətimə yox, başıma vururdular, travma almışam. Orada dişlərimi o qədər qıcıtmışam indi ovulub tökülürlər.
Nadzorlar və yanındakı məhbuslar mənə dedilər ki, bacı, o gecələr yatanda çığırır, dişlərini qıcıdır. Onun səsindən yata bilmirik. Fikrətə Bandotdeldə ağır fiziki işgəncələr veriblər.
Mən Penitensiar Xidmətin rəisindən xahiş edirəm ki, Fikrəti təcili xəstəxanaya köçürsünlər. Vəkilimiz də həftənin birinci iş günü başından aldığı zədələr və işgəncələrlə bağlı məhkəməyə şikayət ərizəsi verəcək".