SON XƏBƏR

Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri başlayıb - VİDEO

Aprel 30
12:55 2020
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri "İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook