SON XƏBƏR

Hakerlər Rusiya Müdafiə Nazirliyinin saytını dağıtdılar

İyul 16
13:23 2021
Naməlum şəxslər Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına hücum edib.

Qaynarinfo Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda məlumatı güc strukturundakı bir mənbə bildirib.

Sayta hazırda daxil olmaq mümkün deyil. Sistem "Sayta daxil olmaq mümkün deyil. www.mil.ru saytından cavab almaq zaman bitdi" mesajını göstərir.
"Hərbi idarənin mütəxəssisləri Müdafiə Nazirliyinin rəsmi saytına DDoS hücumunu dəf etməyə çalışırlar", - mənbə deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin "Birbaşa Xətti” gedən zaman rabitə vasitəsi ilə həyata keçirilən rəqəmsal sistemlərə hücumlar qeydə alınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook