SON XƏBƏR

Hacı Surxay içki ittihamlarına cavab verdi - VİDEO

Oktyabr 27
14:20 2018
İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli sosial şəbəkələrdə içki məclisində iştirak etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qlobal/az "Qafqazinfo”-ya istinadla xəbər verir ki, o, ötən gün İçərişəhər Cümə məscidində xitbə söyləyən zaman qeyd edib ki, Belçikada siyasi mühacir adı altında yaşayan satirik yazar Mirzə Sakit Facebook səhifəsində yalan məlumat yayıb. M. Sakitin xarici ölkələrdə "mühacir" adı altında Azərbaycan dövlətinin maraqları və bu dövlətin yürütdüyü siyasəti dəstəkləyən nüfuzlu şəxslərin əleyhinə çıxış etdiyini bildirən Hacı Surxay onun çirkin və qərəzli addım atdığını qeyd edib: "Şər və böhtan atmaq qədər həyasızlıq və abırsızlıq yoxdur. Bu dövlət, bu xalq heç vaxt belə ünsürlərin yalanlarına, şər-böhtanlarına uymayıb-uymayacaq da. Şər-böhtan ataraq, inanclı kəsimi ələ salan, Allaha qarşı çıxaraq, düşmənlərin dəyirmanlarına su tökən məxluqlar isə əvvəl-axır öz cəzalarına çatacaqlar”.

Qeyd edək ki, məsələ ilə bağlı Məşədi Dadaş məscidinin dini icma rəhbəri Hacı Şahin Həsənli də açıqlama yayaraq həmkarına qarşı aparılan kampaniyanı pisləyib. "Ümumiyyətlə, belə bir əsassız fikirlərin ictimailəşdirilməsi, fotoşopla edilən cəhdlər həmin şəxslərə, yəni bunu edənlərə qarşı da eimatdsızlığı, hiddəti artırır”. 

Onu da xatırladaq ki, Hacı Surxay spirtli içki olduğu iddia edilən şüşələrin fotolarını paylaşıb və onların adi su olduğunu bildirib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook