Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən ikinci xəstə də öldü
 
							Fevral 08
									
										10:28
										2024
									
Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən 7 yaşlı oğlan ölüb.
Qlobal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 5-də rayon sakini, 2017-ci il təvəllüdlü Cəlilli Vasif Anar oğlu yaşadığı evdə aldığı xəsarətlərlə xəstəxanaya gətirilib. Tibb müəssisəsində əməliyyat edilən uşaq fevralın 7-də saat 22:30 radələrində vəfat edib.
Bildirilib ki, vəfat edən azyaşlı anadangəlmə epilepsiya xəstəsi olub. O, evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıbmış.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında ayaq barmağından əməliyyat edilən xəstəxananın texniki də vəfat etmişdi.