Gürcüstanın baş naziri Poznerin Tbilisiyə qalmaqallı səfərinə münasibət bildirib
Aprel 01
12:32
2021
"Rusiyalı jurnalist Vladimir Pozner Gürcüstanın "İşğal altında olan ərazilər haqqında" qanununu pozmayıb".
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
Onun sözlərinə görə, jurnalist və onu müşayiət edən şəxslər Gürcüstana qaydalara tam əməl etməklə daxil olublar: "Vladimir Pozner həm də ABŞ vətəndaşıdır və Gürcüstana tez-tez səfər edir. Ötəngünkü səfər onun növbəti şəxsi səfəri olub".