SON XƏBƏR

Gürcüstanın baş naziri istefa verdi

Dekabr 24
11:55 2015
Gürcüstanın baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib.
 
Trend-in "Qruziya Onlayn"a istinadən verdiyi məlumata görə, bu barədə İ.Qaribaşvili hökumət administrasiyasının təcili brifinqində bildirib.
 
Virtualaz.org xarici KİV-lərə istinadən xatırladır ki, İrakli Qaribaşvili bundan sonra "Gürcü arzusu - demokratik Gürcüstan" və "Gürcü arzusu" seçki qərargahına başçılıq edəcək.
 
Gürcüstan KİV-lərində yayılan xəbərlərə görə isə baş naziri xarici işlər naziri Georgi Kvirikaşvili əvəz edəcək. Bundan başqa, Nazirlər Kabinetində digər dəyişikliklər də gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook