SON XƏBƏR

Gürcüstan müxaifəti deputat mandatlarından rəsmən imtina etdi

Noyabr 03
13:38 2020
Gürcüstanda parlament seçkilərində deputat mandatları əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər.

"Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı siyasi təşkilatlar birgə bəyanat imzalayıblar.

Sənəddə bildirilib ki, müxalifət seçkiləri legitim hesab etmir.

Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir.

Bəyanata "Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku, "Avropalı Gürcüstan”, "Lelo”, "Aqmaşenebeli strategiyası”, "Vətənpərvərlər Alyansı”, "Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook