“Günəşli” yatağından qazmaçılar təxliyyə edildilər
Sentyabr 26
17:48
2016
"Azneft” İstehsalat Birliyinin "28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı baş vermiş fontan hələ də davam edir. Artıq qazmaçılar təxliyyə ediliblər.
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, quyular bağlandıqdan sonra mədənçilər də təxliyyə olunacaqlar. " Bu neft quyusunda 6 ay idi ki, təmir gedirdi. Axşama külək gözlənilir. Bu isə işləri çətinləşdirir”, - hüquq müdafiəçisi deyib.
Qlobal.az



