“Günəşli” yatağında qəza – YENILƏNİR
Sentyabr 26
18:55
2016
Fövqəladə Hallar Nazirliyi "Günəşli” yatağındakı hadisə ilə bağlı məlumat yayıb.
Nazirliyin saytı xəbər verir ki, 26 sentyabr 2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri özülə yan almış və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb. Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
Qlobal.az



