SON XƏBƏR

Gəncəni xımır-xımır yeyənlər kimlərdir? - Tomuyevlərin adı hallanır (VİDEO)

Noyabr 01
11:27 2022
Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin direktor əvəzi "Tomiyevlərlə” birləşərək müəsissəni necə biznes mənbəyinə çevirib?

Bu haqda Dünyanınsəsi.Az saytına etibarlı mənbədən ilginc məlumatlar daxil olub.

Belə ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində heç kәslә razılaşmayan, heç kimi bәyәnmәyәn, öz bildiyindәn әl çәkmәyәn təkəbbürlü Almaz xanım Tomiyeva kollektivdə çalışan əməkdaşlarla münasibətdə demək olar ki, yuxarıdan aşağı baxır. Axı niyədə belə olmasın. Adamın qaynıoğlu Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavinidir. Barəsində bəhs etdiyimiz Almaz xanım Tomiyevanın 69 yaşı var. Bu müəsissədə yaş senzi təkcə Almaz xanımla bitmir. Digər yaşlı əməkdaşlardan Əliyeva Validə 65, Mirvari 65, Nəzirə 65 və Qarayev Əli 69 olsa da müəyyən məbləğlər müqabilində hələ də işlərində saxlanılır.

Azərbaycan vətəndaşlarının sağlamlığı üçün COVID-19 -la mübarizə aparan Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin əməkdaşlarına büdcədən ayrılmış olan vəsaitlərin mənimsənilməsi haqqında da söz–söhbət dolaşmaqdadır..Belə ki, sistemdə adları keçən tibbi personala yox vəsaitlər direktor əvəzi olan Hürrüyyət İsmayılova yaxın rəfiqələrinin adlarına yazdırlıb.

Bu koronovirusla mübarizəyə ayrılmış olan büdcə pullarının mənimsənilməsinə görə hətta baş buxalterlə direktor əvəzi xanım arasında qalmaqalda yaşandığı da bildirilir.

Koronovirusla mübarizə üçün Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinə verilmiş olan avtomobillər aylığa buraxılıb. Halbuki, bu maşınlara hər gün yanacaq və digər ehtiyyat hissələri verilməklə dövlət büdcəsindən xeyli miqdar vəsait silinir.

Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin (GEM) tabeliyində olan "Azsamand” markalı 99 PH 570 dövlət qeydiyyat nişanlı avtomobili Əliyev Tahir Ənvər oğlu idarə edir. Onun da idarə etdiyi maşın aylığa buraxılsada amma hər gün gəlib tabelə imza edib gedir.Sözügedən avtomobilin üzərində yazılmış olan GEM sözləri çıxarılaraq şəxsi əmlaka çevirilmişdir. Bu maşın Samux rayonun Əhmədbəyli kəndində şəxsi həyyətdə saxlanılır.

GEM-də təmir-bərpa işləri bitmir ki, bitmir.Bəlkə büdcədən təmirlə bağlı vəsait ayrılıb?

Bu adla hər ay tibbi personaldan pul vəsaitləri toplanır.Əgər bu belə deyilsə xanım direktor əvəzi bu pulları hardan alıb xərcləyir?

GEM-də hansı ictimai obyektlərdən kimlər pul yığırlar?

Direktor əvəzi Hürriyyət İsmayılovanın yaxın rəfiqəsi olan Nərmin adlı işçi şəhərin şirniyat evlərini kurasiyasına rəhbərlik edir.

Emin adlı şəxsin də adı bərbərxana, gözəllik salonları və tibb müəsissələri və stamatoloji sahələr kurasiyasına daxil olduğu bildirilir.

"Burda mənəm, Bağdadda kor Xəlifə” deyən xanım direktorun zərif cinsdən ibarət olan komandasının yuxarıda sadalanan faktlarını yəqin ki, hüquq mühavizə orqanları araşdırıb lazımı ölçü götürəcəkdir.

Qarşı tərəfin də söz haqqını tanıyırıq.

Aylığa buraxılmış olan avtomaşınların videogörüntüsünü təqdim edirik:
 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook