SON XƏBƏR

Gəncədə əlillərə protez və digər vasitələr paylanılıb

Avqust 06
15:13 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə filialı əlilliyi olan şəxsləri protez və digər vasitələrlə təmin edib.

Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, cari ildə mərkəzin Gəncə filialında əlilliyi olan 431 nəfər şəxsə müvafiq xidmətlər göstərilib.

Hazırda filialın stasionar bölmələrində amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkətin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və digər istiqamətlərdə bərpa-müalicə işləri aparılır.

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook