Gəncədə əhali tibbi müayinə ediləcək
Fevral 14
19:07
2016
Sabahdan- fevralın 15-dən etibarən Gəncədə əhalinin tibbi müayinədən keçirilməsinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, mayın 15-dək davam edəcək kampaniyada əhalinin əsasən terapevt, cərrah, nevropatoloq, oftalmoloq və başqa ixtisaslı həkimlərin göstərişi üzrə rentgenflüoroqrafik, elektrokardioqrafik və digər müayinələrdən keçməsi nəzərdə tutulur.
Əhalinin tibbi müayinəsi dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrdə aparılacaq.
Qlobal.az



