Gəncədə Avropa Gənclər Festivalı keçiriləcək
Avqust 11
11:37
2016
Gəncədə "Avropa Gənclər Paytaxtı-2016” layihəsi çərçivəsində yerli və beynəlxalq tədbirlər davam edir.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, plana uyğun olaraq Gəncədə sentyabrın 29-dan oktyabrın 3-dək Avropa Gənclər Festivalı adlı beynəlxalq tədbir keçiriləcək.
Tədbirdə dövlət rəsmiləri ilə bərabər Avropa Gənclər Forumunun prezidenti və baş katibi, o cümlədən Avropanın aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak edəcək.
Qlobal.az



