SON XƏBƏR

Gənc deputat jurnalisti təhqir etdi: "Az-çox şərəfin varsa..." (VİDEO)

Yanvar 07
00:12 2021
Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin qiymətinin yanvar ayının 5-də Tarif Şurası tərəfindən qaldırılmasına münasibət bildirən Milli Məclisin deputatı Nurlan Həsənovun açıqlaması zamanı səsləndirdiyi fikirlər gündəmi zəbt etmişdir.
 
Qlobal.az xəbər verir ki, Yeniçağ.az saytının əməkdaşının qiymət artımı ilə bağlı suallarına münasibət bildirən millət vəkili Almaniyada yanacağın Azərbaycanla müqayisədə baha olduğunu bildirmişdir.
 
Millət vəkilinin bu fikri saytda yer aldıqdan sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

N.Həsənov isə feysbuk səhifəsində fikirlərinin sayt tərəfindən təhrif olunduğunu iddia edərək saytdan səsyazısının tam versiyasının yayımlanmasını tələb etmişdir. Daha sonra Yeniçağ.az saytının rəhbərini barəsində xoş olmayan "Yeniçağ.az rəhbəri, az-çox şərəfin varsa, səs yazısının tamamını paylaş! Amma şərəfsizlikdə öndə getdiyin açıqdır!" cümləsini yazan deputat bir müddət sonra yazısını silib.
 

 
Gənc deputatın sərgilədiyi davranış və leksionu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanların əksəriyyəti 30-40 min şəxsi parlamentdə təmsil edən millət vəkilinə bu cür sözlərin yaraşmadığını qeyd etmişlər.
 
Qeyd edək ki, Yeniçağ.az saytı əməkdaşının deputatla olan səsyazısının tam versiyasını paylaşıb. Səsyazısında deputat yanacağın Almaniyada Azərbaycandan baha olduğunu bildirir. 
 
Xatırladaq ki, Nurlan Həsənov əvvəllər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.
 
Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.
 


Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook