“Ganja in action” adlı layihənin təqdimat mərasimi keçirilib
Fevral 26
13:06
2016
"Odlar Yurdu” Gənclər İctimai Birliyi Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar olaraq "Ganja in action” ("Gəncə fəaliyyətdə”) adlı yeni layihəsinin Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərində təqdimat mərasimini keçirib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi daha çox gənci ictimai fəaliyyətə cəlb edərək onlar arasında könüllülüyü təşviq etmək, tələbələrin fərdi inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.
Tədbirdə iştirak edən gənclər bir il müddətində Gəncə şəhərində təşkil olunacaq təlimlər, seminarlar, aksiyalar, düşərgələr, fləşmoblar və görüləcək bir sıra maraqlı işlər haqqında məlumatlandırılıblar.
Qeyd edək ki, layihənin təqdimatında universitetlərdən, ümumilikdə, 390 gənc iştirak edib.
Qlobal.az



