Fuad Qəhrəmanlı pulları belə alıb - GİZLİ VİDEO YAYILDI
Fevral 12
16:03
2026
Fuad Qəhrəmanlı dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn hərəkətlərdə iştirak etməkdə təqsirləndirilir. İttihama görə, o, 2013-cü ildə xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilməsi iddia olunan plan çərçivəsində fəaliyyət göstərən qrupun üzvlərindən biri olub.
Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.
Fuad Qəhrəmanlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) ilə təqsirləndirilir. O, hazırda ölkə xaricində olduğuna görə barəsində axtarış elan edilib və məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.



