Fransalı deputat: Dağlıq Qarabağın Şuşa şəhəri ilə əlaqələrin qurulması qanuna ziddir
May 12
00:57
2016
Azərbaycanın
Dostları Assosiasiyasının sədri, fransalı deputat Jan-Fransua Mansel öz
ölkəsində yerli icmaların beynəlxalq fəaliyyəti ilə bağlı Fransa daxili işlər
nazirinə sorğu ünvanlayıb.
Qlobal.az
Hələ
15 dekabr 2015-ci ildə Jan-Fransua Mansel Fransa daxili işlər nazirinə yerli
icmaların beynəlxalq münasibətlər zamanı əməl etməli olduqları qaydalar və
qanuni şərtlərlə bağlı sorğu ünvanlamışdı. O,
həmin dövrdə 3 yerli icmanın Azərbaycan ərazisi olan və Ermənistanın işğal
etdiyi, nə Fransa, nə də ki, BMT tərəfindən tanınan «Dağlıq Qarabağ höküməti»
ilə tərəfdaşlıq münasibətləri qurduğunu bildirərək, bunun Fransa qanunlarına
zidd olduğunu xatırlatmışdı.
Cənab
Manselin sorğusuna cavab olaraq, daxili işlər naziri bildirib ki, bütün yerli
idarəçilik qurumlarına göndərilmiş daxili məktubda xatırlaıdlır ki, yerli icmaların mərkəzdən
idarə olunmayan hər bir müstəqil fəaliyyəti zamanı Fransanın beynəlxalq
öhdəlikləri nəzərə alınmalıdır, qanunla nəzərdə tutulmamış şərtlər çərçivəsində
hansısa bir xarici dövlətlə və yaxud Fransa dövlətinin tanımadığı hansısa bir
qurumla saziş bağlanmamalıdır. Yerli icmalar öz xarici əməkdaşlıqları ilə bağlı
məlumatları Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında yaradılmış
Mərkəzdən idarə olunmayan Əməkdaşlıq üzrə Dövlət Komissiyasına
göndərməlidirlər. Bu daxili məktub eyni zamanda hər bir prefektdən bu informasiyaları
öz departamentinin yerli icmalarına çatdırmağı tələb edir.
Amma mövcud
qanunu bir daha yerli idarəçilik qurumlarına xatırladan məktubu nəzərə
almayan Burq-le-Valans (Drom) icması Dağlıq Qarabağın Şuşa şəhəri ilə
əlaqələr qurduğunu bəyan edib. Daxili işlər nazirinə müraciət edən Jan Fransua
Mansel bu dəfəki sorğusunda bildirir ki, bu gün Dağlıq Qarabağda durumun
getdikcə gərginləşdiyi və Fransanın Minsk Qrupunun həmsədri kimi qərəzsiz
şəkildə ədalətli və möhkəm sülhə nail olunması üçün təşəbbüşlər göstərməli
olduğu bir zamanda bu fakt xüsusilə təəssüf doğurur və ciddi şəkildə
pislənməlidir. Jan Fransua Mansel öz sorğusunda, daxili işlər nazirinin bu
qanuna əməl olunmasını təmin etmək üçün hansı tədbirləri görəcəyi haqda
açıqlama verməsini tələb edib.
Qlobal.az



