SON XƏBƏR

Faiq Əmirlinin apelyasiya şikayətinə baxılacaq

Sentyabr 01
00:10 2016
"Azadlıq” qəzetinin yayım direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin apelyasiya şikayətinə baxılacağı tarix bəlli olub.
 
Bu barədə AzadlıqRadiosu-na onun vəkili Aqil Layıcov məlumat verib.
 
Vəkil bildirib ki, F. Əmirli barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair qərardan verilmiş şikayətə sentyabrın 2-də Bakı Apelyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.
 
F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
 
AXCP F. Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook