Ərzaqla bağlı situasiya mürəkkəbləşəcək - BMT proqnoz edir
Avqust 29
16:28
2022
Ümumdünya ərzaq proqramının direktoru Devid Bisli hesab edir ki, dünyada ərzaqa çıxış problemi ən azı gələn ilə qədər qalacaq.
Bu proqnozla o, «CNN» telekanalının efirindən çıxış edib.
«Hazırda gəmilər Ukrayna buğdası ilə üzürlər və mən ümid edirəm ki, onlar hər gün, hər həftə üzməyə davam edəcəklər. Elə indicə bir cüt gəmi Afrika Buynuzu bölgəsinə (Afrikaın şərqində bölgədir, Efiopiya və onun təsiri altında olan ölkələri: Cibuti, Eritriya və Somalini birləşdirir, bu ad ona bölgənin xəritədəki görünüşünə görə verilib) yola düşüb, bu, gerçəkdən Somalidə, Efiopiyada, Keniyanın şimalında, harada ki, belə təcili lazımdırsa, orada situasiyanı yaxşılaşdıracaq. Əgər bizim vəsaitimiz, dəstəyimiz və buğdamız olarsa, bilirik ki, aclıq və fəlakətin qarşısını necə almaq lazımdır» - o, deyib.
Bislinin sözlərinə görə, onun şübhəsi yoxdur ki, situsiya yaxşıya doğru dəyişməzdən əvvəl dərinləşəcək.
Mən, qiymətlərdən və yaxın 6-8 ildə ərzaqlara çıxışın vəziyyətindən hədsiz narahatam. Kübrələrin çatışmazlığı səbəbilə, onların qiymətləri, yanacaq qiymətləri və quraqlıq problemləri ərzaqlara çıxış üzrə problemləri gələn il də saxlaya bilər», - ÜƏP direktoru göstərib.
İyunun əvvəlində Ümumdünya ərzaq proqramı böhranlı bölgələrin sakinlərinə kömək göstərmək məqsədilə ianə toplanmasını elan edib. BMT təşkilatı izah edib ki, ərzaq və yanacaq qiymətlərinin qalxması səbəbindən onun fəaliyyəti ayda 71 milyon dollar baha başa gəlir.