Ermənistanın Azərbaycana yeni torpaq iddiası
İyul 07
09:30
2016
Marşal Babacanyanın abidəsinin açılışı Sarkisyanın iç üzünü açdı.
2-ci Dünya müharibəsi zamanı faşist Njdenin qəhrəmanlığını əbədiləşdirən, öyünən İrəvan növbəti dəfə cəbhənin bu tayında Sovet İttifaqı Qəhrəmanı Amazasp Babacanyana abidə qoyub. Məsələ burasındadır ki, Babacanyanı milliyyətindən başqa Ermənistana heç nə bağlamır. O, Şəmkirin Çardaxlı kəndində doğulub. Ona İrəvanda qoyulan abidənin açılışında Sarkisyan da iştirak edib, lakin çıxışları zamanı nə prezident, nə də MN Seyran Ohanyan Şəmkir, Azərbaycan adını dilə gətirməyiblər. Onlar deyiblər ki, Babacanyan Aşağı Qarabağın Çardaxlı kəndində doğulub. Çardaxlı Şəmkirin kəndidir və bu rayonun nə Dağlıq, nə Aran, nə də Yuxarı Qarabağa aididyyatı yoxdu. Necə ki, bütövlükdə Qarabağ zonasının Ermənistana aidiyyatı yoxdu.
Ermənilər nə dərs alır, nə dərs götürür. İsrail Ermənistana yerini göstərdi. Knesset qondarma soyqırım layihəsini nəinki rədd etdi, həm də layihəni təhsil komitəsinə göndərməklə, ermənilərə dərs verdi. Netanyahu da Bakıya gəlir. Sonra kim? Ruhani. Putin də. Azərbaycanlı millət vəkili AŞPA-nın vitse-prezidenti seçildi. Nəisə, ermənilərin işi düz getmir.

Qlobal.az