Ermənistanda nazir müavini həbs edildi
Aprel 03
12:17
2019
Ermənistanda səhiyyə nazirinin müavini Arsen Davtyanhəbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan məlumat verib. Davtyan ölkənin baş mama-ginekoloqu Razmik Abramyandan böyük məbləğdə rüşvət almaqda ittiham olunur.
O 2 ay müddətinə azadlıqdan məhrum edilib.