Ermənistan vətəndaşı Naxçıvana keçdi - Müalicə almaq üçün...
Avqust 12
12:16
2016
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Ermənistanla sərhədində Ermənistan Respublikası vətəndaşının saxlanılması haqqında Naxçıvandakı mənbəmizdənModerator.az-a məlumat daxil olub.
Qaynağımızın bildirdiyinə görə avqust ayının əvvəlində Sədərək rayonu ərazisinə Ermənistanla sərhəddən keçmiş erməni hərbiçilərimiz tərəfindən saxlanılıb. Sədərək rayonu ərazisində saxlanılmış erməni 1954-cü il təvəllüdlü, Artaşat rayonunda yaşayan Henrik Agetyan olduğunu bildirib.
Ruhi xəstə olduğu güman olunan Henrik Agetyan Naxçıvan ərazisinə müalicə almaq məqsədi ilə gəldiyini deyib.

Ermənistanda acınacaqlı durumun hökm sürdüyünü və səhiyyə sistemlərinin bərbad vəziyyətdə olduğunu bildirən Agetyanın dediyinə görə, yaşadığı Artaşat rayonu ərazisində də yayımlanan Naxçıvan televiziyasında muxtar respublikanın səhiyyə və tibb ocaqları haqqında proqram izlədikdən sonra mualicə almaq üçün buraya keçmək qərarına gəlib.
Agetyan Ermənistanda müalicə olunmaq üçün həkim tapmadığını, bu məqsədlə də Sədərək rayonu ərazisinə keçdiyini deyib.
Qlobal.az