Ermənistan Rusiyanı sabotaj edir- daha bir aksiya
Aprel 19
18:46
2016
Ermənistanın paytaxtı İrəvanda izdihamlı yürüş-mitinq keçirilib. Musavat.com bu barədə Ermənistan mətbuatına istinadən məlumat verir. Aksiyada qondarma "Dağlıq Qarabağ Respublikası”nın "bayraqları və "Levon Ayrapetyana azadlıq” plakatları qaldırılıb.
Hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşlarının iştirakı ilə baş tutan aksiyada iştirakçılar ötən həftə erməni biznesmen Levon Ayrapetyan barəsində hökm çıxaran Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin qərarına etiraz edib. Xatırladaq ki, erməni milyarder dələduzluqda ittiham edilərək 4 illik həbsə məhkum edilib. O, Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinir. Vəkillər 2-ci qrup əlil olan Ayrapetyanın bir neçə dəfə infarkt və insult keçirdiyini, üstəlik xərçəng xəstəsi olduğunu iddia edirlər.
Bugünkü aksiyanın iştirakçıları Respublika meydanından xarici işlər nazirliyinin binasına, oradan isə Rusiyanın səfirliyinə qədər yürüş edərək tələblərini təqdim ediblər.
Panorama.am xəbər verir ki, etirazçılar XİN-dən təcili şəkildə Moskvadakı kolleqaları ilə əlaqə yaradıb Ayrapetyanın azadlığına nail olunmasını istəyiblər. Aksiyaçılar arasında L.Ayrapetyanın qızı da olub. Rusiyanın səfirliyinə təqdim olunan məktuba isə Ayrapetyanın azad olunması üçün toplanın 15 min imza da əlavə olunub.
Xatırladaq ki, dünyanın əfv varlı erməniləri siyahısında olan L.Ayrapetyan Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorudur. Məlumata görə, o, Başqırdıstanın sabiq senatoru İqor İzmestyevin anasından hökmün yumşalmasında kömək üçün 700 min dollar götürüb, ancaq real olaraq hökmə təsir etməyi bacarmayıb. "Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittihamı ilə 2014-cü ilin iyul ayında həbs olunub. Keçən il sentyabrın 16-da başqa yerə getməmək şərti ilə ev dustaqlığına buraxılıb.
Ermənistanın və Qarabağdakı separatçı rejimin ağır günlərində milyarderin Rusiyada həbs olunmasını ermənilər özlərinə qarşı böyük zərbə sayırlar.

Qlobal.az