Erməni analitik: "Bakıya görə İrəvandan imtina edildi"
Aprel 12
23:27
2016
Ermənistan mediasının Rusiyaya qarşı hücumları davam edir.
Axar.az xəbər verir ki, bu barədə danışan erməni analitik Aykazn Qaqriyan Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinə də reaksiya verib.
Qariyan Ermənistanın Rusiyadan "incidiyini", təmas xəttində gərginlik yaşanan zaman müttəfiq ölkənin Azərbaycana açıq müdaxilədən imtina etdiyini bildirib.
Erməni analitik hakimiyyəti Avrasiya İqtisadi Əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurmağa çağırıb.
Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının 12-13 apreldə Moskvada keçiriləcək toplantısına yollanan Ermənistan Baş naziri Ovik Abramyanın səfərini şərh edən Qaqriyan bu addımın hər bir şeyin mahiyyətini açdığını bildirib:
"Vassal, layiq olmayan dövlətə qarşı erməni hakimiyyətinin xarakteri. Məlum olduğu kimi, bu iclas İrəvanda keçirilməli idi, ancaq Qazaxıstana görə bu görüş təxirə salındı və Moskvada təyin edildi. Səbəb isə Azərbaycandır, baxmayaraq ki, bu ölkə təşkilatın üzvü deyil. Abramyan Medvedyevlə görüşün gedişatında bildirdi ki, iclasın yerini dəyişmək qərarı əsassız idi. Bu gün mətbuatda bu barədə informasiya getdi ki, Ermənistanın qarşısında üç variant var. Ya Abramyan gedir və sərt bəyanat verir, ya onun müavini Vaçe Qabrielyan gedir, sərt bəyanat verir, ya da Ermənistan iclasda iştirak etmir. Üçüncü variant sıradan çıxarıldı, budur, Ermənistan baş naziri artıq Moskvaya gedir, bəyanat verməsinin belə heç bir əhəmiyyəti yoxdur. Bu qərar vassalın növbəti şəhadətnaməsi oldu, erməni hakimiyyətinin layiq olmayan dövlətə qarşı xarakteri.
Ovik Abramyan Moskvadan qayıtmaya bilər, çünki o artıq Ermənistanın baş naziri kimi qayıtmayacaq. Yalnız onu Moskva xilas edə bilər".

Qlobal.az